Univeriuma Xoş Gəlmişsiniz!

Tələbə həyatı “Univerium”dakı qədər möhtəşəm olmamışdı. Tam təchiz olunmuş otaqlarımızda sizə şəhərin mərkəzində, ən müasir tələblərə cavab verən, stimul verici və təhlükəsiz mühitdə yaşayış təcrübəsi üçün müxtəlif imkanlar təqdim olunur.

“Univerium”da sizin bütün ehtiyac və gözləntiləriniz nəzərə alınmışdır. Otaqların tam rahat bir şəkildə hər bir əşya ilə təmin olunması sizin yerləşməyinizi asanlaşdıracaqdır. Aylıq kirayə qiymətlərinə mərkəzi havalandlrma, yüksək sürətli internet, məişət və sosial xidmətlər, bütün əlavə imkanlardan pulsuz istifadə, otaqların və yataq dəstlərinin təmizliyi daxildir. Sizə pulsuz yüksəksürətli internet, fərdi və qruplarla dərs otaqları, 24 saat təhlükəsizlik, kinoteatr, mükəmməl imkanlara sahib fines zalı, akustik musiqi otaqları, basketbol və volleybol meydançası, və digər möhtəşəm imkanlar təklif edirik. Hər mərtəbədə yerləşən və internetlə təmin olunmuş ümumi istirahət otaqlarında siz dostlarınızla söhbət edə və ya sadəcə dincələ bilərsiniz. Bundan başqa hər bir tələbə 3 qat təhlükəsizliyi təmin edən elektron giriş kartlarına sahib olacaqlar: Əsas giriş qapısında, mərtəbə girişlərində və ya liftlərdə, otaqların qapısında istifadə olunacaq kart ümumi zonalar istisna olmaqla yalnız tələbə qalan mərtəbəni və otağı açacaq. Əlavə olaraq yataqxananın bütün ərazisində 24 saat təhlükəsizlik təmin edilib ki, bu da tələbələrimizin güvəndə olmağına imkan yaradır.

Unudulmaz bir tələbə həyatı yaşamanız üçün bir fürsət axtarışındasınızsa, elə bu gün bizə müraciət edin!

Paketlər

Böyütmək üçün tıklayın

Paket A

Otaq 4 nəfər üçün dizayn olunub.
Otağın sahəsi 45 m²-dir.
Hər tələbə yataq, yazı masası və şəxsi əşyalarının yığılması üçün yerlərlə təmin olunur. Otaqda 1 ədəd hamam və 1 əsas ayaqyolu var.

Paket A-ya daxildir:
  • Yüksək sürətli internet
  • Kondisioner və havalandırma xidməti
  • Ayda iki dəfə yataq dəstinin dəyişdirilməsi
  • Bütün gün ərzində isti və soyuq sudan istifadə
  • Camaşırxanadan istifadə
  • Otaqların müntəzəm təmizlənməsi
  • 24/7 təhlükəsizlik
  • Bütün ümumi məkanlardan istifadə imkanı
Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın.
*Yemək Paketi: Gündə 3 dəfə tələbə yataqxanasında yemək (Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın)
Böyütmək üçün tıklayın

Paket B

Otaq 4 nəfər üçün dizayn olunub və Paket A-dan daha genişdir.
Otağın sahəsi 60 m²-dir.
Hər tələbə yataq, yazı masası və şəxsi əşyalarının yığılması üçün yerlərlə təmin olunur. Otaqda 2 ədəd hamam və 2 ədəd ayaqyolu var.

Paket B-ya daxildir:
  • Yüksək sürətli internet
  • Kondisioner və havalandırma xidməti
  • Ayda iki dəfə yataq dəstinin dəyişdirilməsi
  • Bütün gün ərzində isti və soyuq sudan istifadə
  • Camaşırxanadan istifadə
  • Otaqların müntəzəm təmizlənməsi
  • 24/7 təhlükəsizlik
  • Bütün ümumi məkanlardan istifadə imkanı
Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın.
*Yemək Paketi: Gündə 3 dəfə tələbə yataqxanasında yemək (Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın)
MÜRACİƏT ET

Üstünlüklər

Universitetinizin yaxınlığında mənzil axtararkən tam təhciz olunmuş bir məkandan daha çoxunu istəyəcəksiniz. Akademik karyeranızı davam etdirərkən sizə yeni imkanlar təklif edən, ehtiyaclarınıza cavab verən və şəxsi inkişafınıza kömək olacaq bir yerə ehtiyacınız olacaq. Yataqxanamız yüksək səviyyəli bir tələbə evindən gözlədiyiniz bütün imkanlarla doludur. Univerium eyni zamanda dostlarınız və tələbə yoldaşlarınızla birgə təhsil almaq, dincəlmək və əylənmək imkanları təqdim etmək üçün yaradılmışdır. Hər mərtəbədə və açıq terrasda yaradılan iş və istirahət zonaları sizi akademik naliyyətlərə və həyatın digər prioritetlərinə diqqət yetirmək üçün daha da ruhlandıracaqdır. Univerium sizə fitnes mərkəzinin xidmətlərindən də yararlanmağı təklif edir. Bundan başqa musiqi otaqları, oyun meydançaları, kinoteatr kimi üstünlüklərdən də yararlanaraq öz dostlarınızla maraqlı vaxt keçirə bilərsiniz.

Böyütmək üçün tıklayın

Otaqlara aİd üstünlüklər:

  • Yüksək keyfiyyətli yataq və yataq dəsti
  • Yazı masası və stulu
  • Yüksək sürətli internet
  • Şəxsi rəflər və saxlama yerləri
  • Gecə lampaları və fərdi işıqlandırma sistemləri
  • 24 saat isti və soyuq su
  • Mərkəzləşmiş isitmə və soyutma sistemi
  • Səs izolyasiyalı pəncərələr
  • Şəhərin gözəl mənzərəsi
Böyütmək üçün tıklayın

Ümumİ üstünlüklər:

  • Tələbə yeməkxanası (-1. Mərtəbə)
  • Konsfrans otağı, kino zalı və idman barı (5. Mərtəbə)
  • Stolüstü oyunlar, bilyard, stolüstü tennis (bütün mərtəbələrdə)
  • İstirahət otaqları, pulsuz internetlə təmin olunan digər otaqlar, kofe və çay nöqtələri (bütün mərtəbələrdə)
  • Oxu zalları (bütün mərtəbələrdə)
  • Fitness, yoqa, aerobika və digər oyunlar üçün idman zalı (-1. Mərtəbə)
  • Xüsusi akustik panellərlə təchiz olunmuş musiqi otaqları (-1. Mərtəbə)
  • Basketbol üçün açıq havada müasir idman sahəsi
  • Camaşırxana (-1. Mərtəbə)
  • 24/7 təhlükəsizlik
MÜRACİƏT ET

Unİverİum

HAQQIMIZDA

Univerium 2018-ci ildə inşa olunub. Bizim yataqxanamız 650-dən çox tələbəni otaqlarla təmin edə bilər. Univerium binası Bridge Groups of Companies tərəfindən Britaniya memarlıq şirkəti olan “Design Lab Architects”in layihəsi əsında tikilib. Yataqxana Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində, Bakının əsas universitetlərinin, metro stansiyalarının, parkların və ticarət mərkəzlərinin yaxınlığında yerləşir.

Komandamız - Univerium komandası profesional və təcrübəli tələbə mənzil və əmlak menecerləri,əməliyyat və logistika mütəxəssisləri, marketinq və lizinq işçilərindən ibarətdir. Univeriumda sakinlərimizin, müştərilərimizin və işçilərimizin məmnuniyyəti üçün əlimizdən gələnin ən yaxşısını edirik.

Məqsədimiz - Tələbələri akademik və şəxsi müvəffəqiyyətinə, öyrənməyə stimul yaradan təhlükəsiz, rahat və cəlbedici bir mühitlə təmin etməkdir.

Dəyərlərimiz - Univerium işində aşağıdakı əsas dəyər və prinsiplərə riayət edir:

Xidmətdə mükəmməlik və peşəkarlıq: Tələbələrimizə bütün işlərimizdə mükəmməl xidmət göstərməyə çalışırıq. Peşəkarlıq və tələbələrin ehtiyaclarına cavab vermək əsas prinsiplərimizdən biridir.

Əhatəli və müxtəlif mühit: Özünə, başqalarına və ətraf mühitə hörmətə əsaslanan rəngarəng tələbə mühitini yaratmağa və dəstəkləməyə borcluyuq.

Tələbələrin rifahı: Tələbələrimizin şəxsi və peşəkar inkişafı üçün çalışırıq.

Qaydalar və təlİmatlar

Missiyamız Univeriumdakı innovativ proqram və xidmətlər vasitəsi ilə tələbələr üçün təhlükəsiz və stimul verici bir yaşayış mühiti yaratmaqdır. Univerium sizin eviniz olmaqla bərabər, həm də müxtəlif sahələrdən olan insanları özündə birləşdirən bir yataqxanadır. Lakin hamınızın bir ortaq cəhəti var: Bir binadan ibarət olan yaşayış sahəsi. Yerləşəndən sonra siz və otaq yoldaşlarınız yataqxananın siyasətini və gözləntilərini ətraflı bir şəkildə əks elətdirən “Tələbənin məlumat kitabçası”nı əldə edəcəksiniz. Hər bir şəxs bu qaydalara, və digərlərinin şəxsi həyatına hörmətlə yanaşmalıdır. Bu qaydaları pozan tələbələr Univerium rəhbərliyi tərəfindən xəbərdarlıq edilir,cərimələnir və ya müqaviləsinə xitam verilir.

Aşağıdakı qayda və təlimatlar bu kitabçadan bir hissədir.

Otaqlarda qayda və təlimatlar:
● Otaqlarda siqaret çəkmək qadağandır. Siqareti yalnız xüsusi ayrılmış yerlərdə çəkə bilərsiniz.
● “Səssiz” saatlar axşam 10-dən səhər 7-ə kimi olan vaxtı əhatə edir.
● Otaqlarda mebellərin daşınmasına icazə verilmir.
● Otaqlar təmiz və səliqəli saxlanılmalı.
● Olduğunuz yerdən çıxarkən işıqları söndürün.
● Otaqlarda ev heyvanı saxlanılmasına icazə verilmir.
● Ümumi sağlamlıq və gigiyena qaydalarına əməl olunmalı.
● Otaqdan çıxan son şəxs sizsizsə qapını bağladığınızdan əmin olun.
● Açıq içki və yemək qablarını otaqlarda saxlamayın.
● Hər hansı gigiyenik problemlər yaranmasın deyə tullantılar həmin gün atılmalıdır.
● Hamamlar\sanitar qovşağı hər zaman təmiz saxlanılmalıdır.
● Otaq yoldaşlarınızın məhrəmliyyətinə və şəxsi əyşalarına qarşı diqqətli olun.
● Açarların və giriş kartlarının icazəsiz istifadəsi və çoxaldılması qadağandır.
● Otaqda yemək bişirmək qadağandır.

Ümumi qayda və təlimatlar:
● Yataqxana ərazisində alkoqoldan istifadə qadağandır.
● Qeydiyyatsız qonaqlara icazə verilmir.
● Fitness mərkəzi 24\7 fəaliyyət göstərir.
● Tələbə yeməkxanası 7:00-dan 21:00-a qədər fəaliyyət göstərir.

FAQ

1. Yataqxanaya köçmək üçün necə müraciət edə bilərəm?
Bu prosess çox asandır. Bunun üçün sadəcə qeydiyyat şöbəsinə yaxınlaşmağınız kifayətdir.

2. Müraciət edərkən hansı sənəd lazımdır?
Siz tələbə biletinizin və şəxsiyyət vəsiqənizin bir nüxsəsini təqdim etməlisiniz. Əcnəbi tələbələr öz isə passportlarını və vizalarını tədqim etməlidir.

3. Oğlan və qız tələbələr eyni otağı bölüşə bilər?
Xeyr, qız və oğlan tələbələrin otaqları tamamilə ayrıdır.

4. Mən öz otağımı bölüşəcəyim şəxsləri özüm tapmalıyam?
Xeyr, siz öz otaq yoldaşlarınızı tapmırsız və siz yalnız öz kirayə götürdüyünüz yerə görə məsuliyyət daşıyırsız.

5. Mən dostumla birgə gəlib eyni otaqda qala bilərəm?
Siz birgə müraciət edib eyni otağı bölüşmək istəyinizi bildirəndən sonra biz əlimizdən gələni edəcəyik ki, siz və dostunuz eyni otaqda qalasınız.

6. Mən bir müddət məsələn, 3 və ya 6 ay öncədən yer saxlaya bilərəm?
Bəli, siz öncədən yer rezerv edə bilərsiniz. Zəhmət olmasa öncədən bizimlə telefon zəngi və ya e-mail vasitəsi ilə əlaqə saxlayın.

7. Kommunal xidmətlərin xərcləri də kirayə haqqına daxildir?
Bəli, bütün xidmətlər- elektrik, məişət tullantıları, isti və soyuq su, yüksək sürətli internet və s. qiymətə daxildir.

8. Bəs camaşırxana xidməti necə?
Siz bizim camaşırxananın da xidmətindən ayda 1 dəfə pulsuz yararlana bilərsiniz.

9. Təmizlik xidməti təmin edilir?
Biz ayda 4 dəfə öz təmizlik xidmətimizi pulsuz təqdim edirik.

10. Otaqlarda ev heyvanı saxlamaq olar?
Xeyr, otaqlarda ev heyvanı saxlanmasına icazə verilmir.

11. Mən yataqxanada qonaq qəbul edə bilərəm?
Təəssüf ki, qonaqların yataqxanaya gəlməsinə icazə yoxdur.

12. Mən otağımda siqaret çəkə bilərəm?
Xeyr, siqaret çəkməyə yalnız yataqxana ərazisində xüsusi ayrılmış yerlərdə icazə verilir.

13. Yemək də kirayə haqqına daxildir?
Xeyr, siz kirayə haqqından əlavə olaraq yemək paketini də əldə edə bilərsiniz. Əgər bu paketdən imtina edirsinizsə onda öz yemək xərcinizi özünüz qarşılamalısınız.

14. Mən öz kirayə haqqımı necə ödəyə bilərəm?
Siz kirayə haqqınızı nağd pulla və ya bank kartı ilə ödəyə bilərsiniz.

15. Yataqxananın təhlükəsizliyi təmin edilir?
Bəli, yataqxanada 3 mərhələli təhlükəsizlik sistemi mövcuddur: elektron giriş kartları ilə əsas girişdə, mərtəbə girişi yə ya liftlərdə və otaq girişlərində. Bundan başqa, bütün yataqxanın təhlükəsizliyi 24 saat ərzində təmin edilir.

16. Otaqlara necə giriş etmək olar?
Sizə otaqlara giriş üçün xüsusi kartlar veriləcəkdir.

17. Yataqxananın hansı ümumi imkanlarından yararlanmaq olar?
Siz bizim müxtəlif imkanlarımızdan, məsələn, fitness mərkəzindən, basketbol meydançasından, kinozaldan, musiqi və istirahət otaqlarindan və s. yararlana bilərsiniz.

18. Yataqxananın yaxınlığında avtobus dayanacağı var?
Bəli, yataqxana şəhərin mərkəzi hissəsində yerləşir və yaxınlıqda dayanacaqlar mövcuddur. Dayanacaqlardan keçən avtobuslarla qısa bir zaman ərzində, ADNSU, ADA, ATU, BDU, ADİU, ADU və s. kimi universitetlərə gedə bilərsiniz.

MÜRACİƏT ET

Ünvan

Univerium şəhərin mərkəzi hissəsində, Bakıxanov və C.Hacıbəyli küçələrinin kəsişməsində, bir çox əsas universitetin yaxınlığında yerləşir. Siz yaxınlıqdakı avtobus dayanacaqlarından və ya piyada məsafəsində yerləşən Gənclik və 28 may metro stansiyalarından istifadə edərək tez bir zamanda universitetinizə çatacaqsınız. Həmçinin yaxınlıqda istirahət etməyiniz üçün bir sıra gözəl parklar da mövcuddur.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Avtobus № 85, - 16 dəqiqə, piyada 16 dəqiqə
  • ADA University - Avtobus № 17, № 133 - 19 dəqiqə, piyada 22 dəqiqə
  • Azərbaycan Tibb Universiteti - Avtobus № 38 - 18 dəqiqə, piyada 21 dəqiqə
  • Azərbaycan Dövlət İqtisad Universiteti (ikinci korpus) - Avtobus № 38 - 20 dəqiqə, piyada 33 dəqiqə
  • Azərbaycan Dövlət İqtisad Universiteti (dördüncü korpus) - Avtobus № 38 - 18 dəqiqə, piyada 19 dəqiqə
  • Azərbaycan Dillər Universiteti (əsas bina) - Avtobus № 88 - 11 dəqiqə, piyada 10 dəqiqə
  • Azərbaycan Turizm və Menecment Universiteti - Avtobus № 133 - 19 dəqiqə
  • Bakı Dövlət Universiteti - Avtobus № 3 - 33 dəqiqə
  • Azərbaycan Texniki Universiteti - Avtobus № 3 - 29 dəqiqə
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti - Avtobus № 3 - 33 dəqiqə
  • Bakı Slavyan Universiteti - Avtobus № 88 - 22 dəqiqə, piyada 22 dəqiqə
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Avtobus № 17 - 23 dəqiqə
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas bina) - Avtobus № 88 - 24 dəqiqə
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Avtobus № 133 - 18 dəqiqə, piyada 26 dəqiqə

Əlaqə

UNİVERİUM

Bakıxanov və C.Hacıbəyli küçələrinin kəsişməsi, Bakı, Azərbaycan AZ 1007

 

T+99412 4045554

T+99450 7075554

 

E info@univerium.az

 


GÖNDƏR

“Unİverİum” qeydİyyat forması

Sizim müraciətinizin növbəti mərhələləri ilə bağlı “Univerium” əməkdaşı sizinlə 3 iş günü ərzində əlaqə saxlayacaq.